Teatr tamaşalarına baxış təşkil edilmişdir

 Məlmdur ki, incəsənət əsərləri həyatda və cəmiyyətdə baş verən hadisələri görmək, duymaq, onları dərk etmək üçün bizdə eləcə də şagirdlərimizdə ümumi dünyagörüşün formalaşdırılmasında mühim rol oynayır. Yəni, incəsənət əsərləri həyat hadisələrinin, insan münasibətlərinin doğru-düzgün inikasını verir ki, bu da onların həyata bənzərliyini təmin edir. Bədii nümunələrdə həyat və həyat hadisələri bədii obrazların dili ilə ifadə olunur və bu da şagirdlərimizdə, "bədii təfəkkür"ü formalaşdırır. Xüsusilə də bu dramaturgiya və teatr sənətində ön planda dayanır. Beləliklə söz sənəti, rəssamlıq, musiqi, rəqs və digər növlərin sintezindən yaranan tamaşa şagirdlərdə estetik zövqü inkişaf etdirir, onlara gərəkli həyat nümunəsi qazandırır.Çernişevskinin təbirincə desək: "Teatr-həyatın əyani və canlı dərsliyidir."Bu baxımdan da Azərbaycan Dövlət Musiqili teatrının yaranmasının 140 illiyinə həsr olunmuş Ə. Haqverdiyevin “Kimdir Müqəssir?” iki hissəli komediyasına, “Yatmış gözəl və cırtdanlar”, “Qırmızı papaq” nağıllarına şagird və müəllim heyətinin baxışı təşkil olunmuş, tamaşalardan sonra əsərlərin müzakirəsi keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi