Tarixi abidələrə ekskursiya

Xalqımızın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Abidələr və tarixi yerlər öz görkəmləri ilə şagirdlərimizə hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Bu tip ekskursiyalarla biz ulu öndərimiz Heydər Əliyevin müdrik kəlamlarıyla desək şagirdlərimizə tarixi keçmişimizə nəzər salmaqla ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr etmək və bunları yaradanları daim xatırlamaq, onlara öz minnətdarlığımızı bildirmək vətəndaş kimi borcumuzdur.Şagirdlərin tariximiz, abidələrimiz haqqında daha dolğun məlumata malik olması önəmlidir.Bu məqsədlə “İçərişəhər”, “Qala”, “Atəşgah” kimi tarixi abidələrə ekskursiyalar təşkil edilmiş, gəzintilər uşaqlarda dərin təəssürat doğurmuşdur.