Şahmat turnirinə start verildi

Məktəbimiz şahmat fənninin tədrisi üzrə pilot məktəbdir. Artıq üçüncü ildir ki, II siniflərdən başlayaraq şahmat fənni tədris edilir. Bu gün “Xocalısız -25 il” devizi altında III və IV sinif şagirdləri arasında Xocalı soyqirimi qurbanlarının xatirəsinə həsr olunmuş şahmat yarışına start verildi. Yarışda həmin siniflərdən 50 nəfər şagird iştirak etdi.Yarışların hakimi, I dərəcəli şahmatçı Afirə Nəbiyeva yarışın I mərhələsinin yüksək səviyyədə keçdiyini, şagirdlərin şahmat dərsində əldə etdikləri biliklərin yarışda nəticə verdiyini bildirdi. İlk 3 oyunda III sinif şagirdləri Rəsul Rəsulov, Rəşad Ağayev və Əli Hüseynov, IV sinif şagirdlərindən Kamal Paşazadə, İbrahim Vəliyev, Yusif Məmmədov, Rəşad Hətəmov, İlqar Oruclu daha yaxşı nəticə göstərərək növbəti mərhələyə vəsiqə qazandılar. Turnir fevralın 24-də yarışın qaliblərinə “Ana fəryadı” abidəsinin önündə mükafatların təqdim edilməsi ilə başa çatacaqdır.