Şagirdimiz turnirin qalibi olmuşdur

Məktəbimizdə idmançı şagirdlər çoxdur. İdmanın müxtəlif növləri ilə məşğul olan şagirdlərimiz öz çəki dərəcələrində yarış və turnirlərdə fəal iştirak edirlər. Bu yaxınlarda Kombat Cui-Citsu döyüş növü üzrə Bakı turnirində iştirak edən VI sinif şagirdi Mustafayev Rasim 35 kq çəki dərəcəsində I yeri tutaraq diploma və sarı kəmərə layiq görülmüşdür. Məktəbin idman ənənəsini uğurla davam etdirən Rasim gələcəkdə dünya çempionu olacağını, Azərbaycan bayrağını ən mötəbər yarışlarda başı üzərinə qaldıracağını bildirir. Davamlı məşqlərdən yorulmayan Rasimin bu arzusunun gerçəkləşəcəyinə inanır və onu qazandığı qələbə münasibətilə təbrik edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi