“Təbiət və texnologiya” mövzusunda təlim keçirilmişdir

Bu gün məktəbimizdə "Təbiət elmləri" İctimai Birliyi tərəfindən "Təbiət və texnologiya" mövzusunda IX-XI sinif şagirdləri ilə təlim keçirilmişdir. İctimai Birliyin üzvləri təbiətdə olan, lakin hiss etmədiyimiz, fərqinə varmadığımız texnologiyalardan müasir dövrdə yararlanmanın yolları haqqında maraqlı məlumat verdilər. Birlik tərəfindən məktəbə hədiyyə edilən “Təbiətdəki innovativ texnologiyalar” adlı kitabça şagirdlər tərəfindən maraqla qarşılandı. Tədbir boyu şagirdlərin suallarını cavablandıran təlimçilər onlara innovativ texnologiyaların müasir həyatda tətbiqi yollarını və cəmiyyətin inkişafında texnologiyaların rolunu izah etdilər.