“Tullantılar- qutuya, qutudan –emalatxanaya” aksiyası keçirilmişdir

10-15 fevral tarixlərində məktəbdə “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı çərçivəsində “Tullantılar qutuya, qutudan emalatxanaya” aksiyası keçirilmişdir. Şagirdlər məktəbin yerləşdiyi 7-ci mikrorayonda mağazaların, terminalların qarşısında qoyduqları qutulara karton materiallarının, plastik qabların, tullantılarını toplayaraq məktəbin emalatxanasına gətirmişlər. Şagirdlər məktəb emalatxanasında tullantı materiallarından və şam ağacının qozalarından istifadə etməklə Qız qalasının, Şuşa qalasının, musiqi alətlərinin maketini, etnoqrafik materiallar, qutuların bağlanmasında istifadə edilmiş iplərdən isə həsirlər hazırlayaraq foyedə yaradılmış “Etnoqrafiya” guşəsinə yerləşdirmişlər. Maketlərin hazırlanmasında şagirdlərə müəllimlərdən Səidə Əhmədova, Şirincan Məmmədova, Şəfiqə Yusifova və Zəminə Yusifova kömək etmiş, müvafiq tövsiyyələr vermişlər.