Azərbaycan xalqının etnoqrafiyası mövzusunda aparılan tədqiqatlara yekun vurulmuşdur

“Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı çərçivəsində məktəbin tarix müəllimi Şirincan Məmmədovanın rəhbərliyi ilə “Kiçik Akademiya”nın tədqiqatlar üzrə tədbiri yekunlaşmışdır. On gün ərzində verilən tapşırığı yerinə yetirən VII və VIII sinif şagirdlər apardıqları tədqiqat işlərini yekunlaşdırmışlar. Onların tədqiqatlarının əsasını Azərbaycan xalqının formalaşmasında iştirak etmiş tayfalar və xalqlar, onların məişəti, etnoqrafiya nümunələri təşkil etmişdir. Yaradıcılıq işlərini nümayiş etdirən şagirdlər istifadə etdikləri mənbələri qeyd etməklə yanaşı, hər bir tarixi prosesi də analiz etmişlər. Tədqiqat sahəsində fərqlənən şagirdlərə sertifikatlar təqdim edilmişdir.Sonda məktəbin foyesində bəyənilən tədqiqat işlərindən ibarət guşə yaradılmışdır.