Professor Şahlar Əsgərovla görüş keçirilmişdir.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovla görüş keçirilmişdir. Məktəbin direktoru Şəmsi Qocayev çıxış edərək Şahlar Əsgərovun həyat və fəaliyyəti haqqında görüş iştirakçılarını məlumat vermişdir. Məktəbin müəllimləri, yuxarı sinif şagirdləri və valideynlərin iştirak etdiyi görüşdə Şahlar Əsgərov təhsilin fəlsəfəsi, cəmiyyətdə yeri və rolu, vətənpərvərliyin və vətənsevərliyin mahiyyəti haqqında maraqlı fikirlər söyləmiş, görüş iştirakçılarının suallarını cavablandırmışdır. Tədbir məktəbin istedadlı şagirdlərinin çıxışları ilə başa çatmışdır.