“Hər vərəq- bir yarpaqdır” devizi altında kağız toplanışı davam edir

“Ekoloji aylıqlar” çərçivəsində yanvar ayının birinci ongünlüyündən start verilən “Hər vərəq –bir yarpaqdır” aksiyası davam edir. Məktəbin şagirdləri istifadə edilməyən kağız parçalarını, köhnə dəftər və kitablarını toplayaraq aksiyada fəal iştirak edirlər. Yanvar ayının sonuna olan məlumata görə artıq 800 kq kağız toplanmışdır. Lakin şagirdlər aksiyanın davamlı olması üçün müraciət edərək bu işi dərs ilinin sonuna kimi həyata keçirəcəklərini bildirmişlər.