“Ekologiya və iqtisadiyyat” mövzusunda keçirilən tədbirlər başa çatmışdır

BŞTİ-nin Fəaliyyət planına əsasən “Ekoloji aylıqlar” çərçivəsində həyata keçirilən tədbirlər başa çatmışdır. 30 yanvar 2017-ci il tarixdə keçirilən direktoryanı müşavirədə fəaliyyət sahələri üzrə görülmüş işlərə yekun vurulmuşdur. Bu barədə tədbirləri koordinasiya edən İşçi qrupunun rəhbəri, məktəbin coğrafiya müəllimi Xuraman Məhəmmədova ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, aylıq çərçivəsində 2 seminar, 1 dəyirmi masa keçirilmiş, “Hər vərəq bir yarpaqdır” devizi altında kağız toplanmış, məktəbin həyətində və yaşıllıq sahəsində təmizlik- abadlıq işləri həyata keçirilmişdir. Məktəbin yaşıllıq sahəsində 50 ədəd qızılgül kolu basdırılmış, ağaclara aqrotexniki qulluq göstərilmişdir.İşçi qrupunun fəaliyyəti qənaətbəxş qiymətləndirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi