20 Yanvara həsr olunmuş sərgi keçirilmişdir

Yanvarın 19-da məktəbin foyesində X sinif şagirdi, istedadlı rəssam Mehin Ələsgərovanın rəsm əsərlərindən və hazırladığı divar qəzetlərindən, bülletenlərdən ibarət , “Mənim könül dünyam” adlı fərdi sərgisi açılıb.Fırça ustasının sərgisində 40 əsər nümayiş etdirilib. Müxtəlif fəlsəfi yanaşma, emosional hisslərin rənglərlə ifadəsinə geniş yer verilib. Rəngkarlıq, yağlı boya, akvarel, və tətbiqi incəsənətə aid əsərlər müəllimlər, şagirdlər və valideynlər tərəfindən maraqla qarşılanıb. İstedadlı şagirdlərdən ibarət rəsm studiyasına rəhbərlik edən Mehin Əlsgərovanın arzusu nəzərə alınaraq məktəbdə studiyanın fəaliyyəti üçün şərait yaradılıb. Sərgini giriş sözü ilə açan məktəbin direktoru Şəmsi Qocayev istedadlı şagirdlərin hər biri üçün belə imkanların yaradılmasına hazır olduğunu bilidrmiş, Mehin Ələsgərovanın yaradıcılığındakı fəlsəfi motivlərdən, vətənpərvərlik duyğularından, təbiətə və insana məhəbbətdən danışmışdır. Məktəbin divarlarını bəzəyən tətbiqi sənət nümunələrini məktəbə hədiyyə edən gənc rəssama təşəkkürünü bildirən məktəb direktoru gələcəkdə belə sərginin daha geniş məkanda keçirilməsi üçün lazımi tədbirlərin görüləcəyini bildirmiş, Mehin Ələsgərovanı diplomla təltif etmişdir.Əsərlərini təqdim edən Mehin Ələsgərova yaxın vaxtlarda rəhbərlik etdiyi studiyanın daha geniş formatda sərgisinə hazırlaşdıqlarını, bugünkü sərgini isə 20 Yanvar şəhidlərinə həsr etdiyini bildirmişdir. Mehin Ələsgərovanın sinif rəhbəri, məktəbin riyaziyyat müəllimi Tarifə Həsənova sərgidə iştirak edənlərə təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi