Şəhidlər Xiyabanı ziyarət edilmişdir

20 Yanvar hadislərinin 27-ci ildönümü ilə əlaqədar palnlaşdırılan tədbirlər çərçivəsində V sinif şagirdləri Şəhidlər Xiyabanını ziyarət etmişlər. Sinif rəhbəri Könül Adıgözəlovanın rəhbərliyi ilə Şəhidlər Xiyabanında olan beşincilər əvvəlcə 20 Yanvar şəhidlərinin abidəsini, daha sonra isə Türk Şəhdliyini ziyarət etmiş, abidələr üzərinə tər qərənfillər düzmüşlər. Hər iki Şəhidliyin tarixi haqqında şagirdlərə məlumat verən K.Adıgözəlova 20 Yanvar hadisələrinin Azərbaycan tarixində yeri və rolu haqqında danışmışdır. Daha sonra Bakının bolşevik-daşnak quldurlarından azad edilməsində qəhrəmanlıq göstərən, öz canları və qanları bahasına Bakı şəhərini azad edən Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsi anılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi