Bilik yarışının qaliblərinə sertifikatlar təqddim edilmişdir.

Məktəbdə VI-VIII sinif şagirdləri arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş bilik yarışı keçirilmişdir. 3 mərhələdən ibarət yarışda şagirdlər komandalarda təmsil olunmuşlar.Riyaziyyat fəninə maraq göstərən VI-VIII sinif şagirdləri komandaları özləri müəyyən edərək yarışa ciddi şəkildə hazırlaşmışlar. I və II mərhələdə daha çox bal toplayan 4 komanda final yarışında bir daha güclərini sınamışlar. Məktəbin riyaziyyat müəllimi Sevinc Ağasiyevanın rəhbərlyi ilə yarışa hazırlaşan komandalar sonuncu turda daha çox fəallıq göstərərmişlər. Atalar sözləri, tapmacalar, məntiqi düşüncə tələb edən tapşırıqlarla zəngin olan suallara verilən cavablar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Yarışın sonunda qalib komandalara sertifikatlar təqdim edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi