Şair Vəli Xramçaylı ilə görüş keçirilmişdir

Noyabrın 26-da məktəbin akt zalında şair-publisist, AYB-nin üzvü Vəli Xramçaylı ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsi Qoca Vəli Xramçaylının həyat yolu haqqında məlumat verərək şairin yaradıcılığı, ədəbiyyatımızın inkişafında yeri və rolu haqqında danışmışdır.Sonra söz şair Vəli Xramçaylıya verilmişdir. Şair Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri İsmayıl Şıxlı, Osman Sarıvəlli, Hüseyn Arif və Məmməd Araz haqqında xatirələrini danışmış, yeni şeirlərini oxumuşdur. Şagirdlər tərəfindən alqışla qarşılanan şair onların suallarını cavablandırmış, şeirlərindəki Sibir obrazının mahiyyəti haqqında ətraflı bilgi vermişdir. Məktəbin IX sinif şagirdi İlkin Laçınlının sazda ifa etdiyi "Baş sarıtel" " "Müxəmməs". "Döşəmə Koroğlu" kimi aşıq havalarının müşayiətilə oxunan şeirlər dinləyicilərdə xoş ovqat yaratmışdır.Daha sonra istedadlı şagirdlər şeirlər söyləmiş, müxtəlif xalqların rəqslərini və mahnılarını ifa etmişlər. VI sinif şagirdi Məryəm Mahmudlunun ifa etdiyi "Hind rəqsi", "Sarı gəlin" rəqsləri, VII sinif şagirdi Fidanın şeirləri də rəğbətlə qarşılanmışdır. Tədbirin sonunda bütün tədbir iştirakçıları rəqs etmiş, mahnı oxumuşlar. Tədbirdə iştirak edən valideynlər uşaqların asudə vaxtının səmərəli təşkilinə görə minnətdarlıqlarını bildirərək şairlə xatirə şəkilləri çəkdirmişlər.