"Azərbaycançılıq-milli ideologiyamızdır" mövzusunda söhbət keçirilmişdir

Noyabrın 25-də məktəbdə "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin nümayəndələri yuxarı sinif şagirdləri ilə "Azərbaycançılıq-milli ideologiyamızdır" mövzusunda söhbət aparmışlar. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsi Qoca azərbaycançılıq ideologiyasının yaranma tarixi haqqında məlumat vermiş, qonaqları şagirdlərə təqdim etmişdir. Dünya Azərbaycanlıları Assosiasiyasının vitse-prezidenti, Tatarıstan Respublikasındakı Azərbaycan Diasporunun rəhbəri Sərraf Kərimov, şair Oqtay Rza çıxış edərək milli ideologiyanın fəlsəfi əsasları, müasir dövrdə milli ideologiyanın daşıdığı qayə və məzmun haqqında ətraflı məlumat vermişlər. Sərraf Kərimovun Tatarıstan Respublikasında yaşayan azərbaycanlıların öz dilimizə, musiqimizə, milli-mənəvi dəyərlərimizə olan sayğı və sevgilərindən söz açmışdır. Şair Oqtay Rzanın vətən nəfəsli, vətəndaş ruhlu şeirləri tədbirin maraqlı və məzmunlu keçməsinə səbəb olmuşdur. Tədbirdə çıxış edən şagirdlər Vətən, şəhidlər, bayrağımız və digər milli atributlarımız haqqında fikirlər və şeirlər, aforizmlər səsləndirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi