Cari dərs ilinin noyabr ayı məktəbimizdə gözəl və möhtəşəm tədbirlərlə başa çatdı (xronika)

Hər bir tədbirin yüksək səviyyədə hazırlanması, şagirdlərin müstəqil yaradıcılığına geniş yer verilməsi göstərdi ki, uşaqlar müstəqil olanda tədbirlər də canlı və maraqlı olur. Noyabr tədbirlərinin özünəməxsusluğu onda olmuşdur ki, hər bir tədbirin qayəsində və məzmununda dövlətçiliyə, milli-mənəvi dəyərlərə hörmət və ehtiram, Vətən sevgisi önə çəkilmişdir. "Bayraq mənliyimdir, bayraq kimliyim"9 Noyabrda keçirilən bu tədbirdə şagirdlər üçrəngli bayrağımızın müqəddəsliyini, Vətən və millət üçün önəmini diqqətə çatdıraraq bu bayraq uğrunda verdiyimiz qurbanların xatirəsinə ehtiram ifadə etdilər. Dördüncülərin ifasında səslənən Vətən sevgili şeirlər, mahnılar və rəqslər dərin təəssürat bağışladı. “ Dövlətim, qüdətim mənim”12 Noyabr Konstitusiya gününə həsr olunmuş tədbir qanunlarıən yaranma tarixinə ekskursiya ilə başladı. Azərbaycan tarixində qanun yaradıcılığı ilə yadda qalan böyük və ulu tarixi şəxsiyyətlərdən –Uzun Həsən, Şah ismayıl Xətai, Heydər Əliyevdən söhbət açıldı. Bugünkü Konstitusiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin bərpası və möhkəmlənməsi yolunda apardığı mübarizə diqqətə çatdırıldı. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti İlahm Əliyevin dövlətimizin möhkəmləndirilməsi sahəsində apardığı mücadilə Azərbaycanın regionda lider dövlətə çevrilməsində mühüm rol oynamışdır. Qanunlara hörmət hissləri aşılayan səhnəciklər və ədəbi-bədii nümunələr tədbirin əsas qayəsini təşkil etmişdir.“Ceyhun Hacıbəyli -125” Ömrünü xalqına, onun istiqlalına, dünyada tanınmasına həsr etmiş vətən övladı Ceyhun Hacıbəylinin anadan olmasının 125-ci ildönümünə həs edilmiş silsilə tədbirlərə yekun vurulmuşdur. Tədbirləri yekunlaşdıran məktəbin tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova BŞTİ-nin 03.05.2016-cı il tarixli 170 nömrəli əmrinin icrası ilə əlaqədar görülmüş işlərdən danışmış, Ceyhun Hacıbəyli ömrünün fəaliyyət trixçəsini varaqlamışdır. Hesabatdan məlum olmuşdur ki, il ərzində keçirilən açıq dərslər, rəsm nüsabiqələri, müzakirələr, ədəbi-bədii gecələr bu fədakar Vətən oğlunun həyatı haqqında dolğun təəssüratların yaranması sahəsində mühüm əhəmiyyət kəsb etmişdir. Tədbirdə fərqlənən şagird və müəllimlər diplom və sertifikatlarla təltif edilmişdir. “Asan könüllülər”lə görüş“Asan-könüllülər” lə görüş də yaddaqalan tədbirlərdən biri olmuşdur. Azərbaycanın dövlət başçısı İlham Əliyevin unikal layihəsi olan “Asan xidmət”in mahiyyəti, gənclərin bu layihədə rolu haqqında danışan könüllülər “Mən kiməm”, “Mən özümü necə tapdım” mövzularında söhbətləri ilə şagirdlərin diqqətini cəlb etmiş, onların suallarını cavablandırmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi