"Bayraq mənliyimdir, bayraq kimliyim" adlı tədbir keçirilmişdir

Məktəbin akt zalında 9 noyabr Dövlət Bayrağı gününə həsr olunmuş "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə valideynlər və şagirdlər iştirak etmişlər. Bayrağımızı and yeri, müqəddəs bilən IV sinif şagirdləri öz məzmunlu və maraqlı çıxışları, Azərbaycan tarixinin şanlı səhifələri haqqında məlumatları ilə tamaşaçıların alqışlarını qazanmışlar. Dördüncülərin bayrağımız haqqında bu fikirləri xüsusilə yaddaqalan olmuşdur: "Qədimdə insanlar öz tayfalarına bayraq seçirdilər. Bayrağa həm də sancaq deyirdilər. Qədimdə Türk sancağının üzərində qurd şəkli var idi. Azərbaycanın Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız 2-ci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət Bayrağı elan edib.2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını,Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini,Yaşıl rəng-islam sivilizasiyasına mənsubluğunu ifadə edir.Bayrağımız qürur mənbəyimizdir! Ulu öndər bayrağımız haqqında demişdir:-"Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir."Ölkəmizdə bayrağa yüksək qiymət verilir. 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Meydanın təntənəli açılışı 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilmişdir.Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət Bayrağı dirəyinin ən hündür bayraq dirəyi olduğunu təsdiq edib." Daha sonra tədbir musiqi və rəqs nömrələri ilə davam etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi