"Milli-mənəvi dəyərlərimiz sərvətimizdir" mövzusunda tədbir keçirilmişdir.

-Milli-mənəvi dəyərlərimiz tariximizin ən qədim dövrlərindən başlayaraq xalqımızın həyatında mühüm rol oynamış ən qiymətli incilərdir. Musiqisi və folkloru ilə dünyanı heyran qoyan xalqımız bu dəyərləri daim yaşatmalı və qorumalıdır. Məktəb kitabxanasında milli-mənəvi dəyərlərə həsr olunmuş "Milli mənəvi dəyərlərimiz-sərvətimizdir" adlı tədbirdə çıxış edən tarix müəllimi Uğurlu Abbasov xalqın mədəniyyət tarixindən söhbət açdı, bu sərvətin tarix boyu xalqımızın həyatında mühüm rolunu izah etdi. Natiq çıxışında ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizə verdiyi qiymətə istinad edərək, bu gün bu böyük şəxsiyyətin yolunu davam etdirən ölkə Prezidentinin, ölkənin birinci xanımı Mehriban Əliyevanın musiqimizə, mədəniyyətimizə qayğısından danışdı. Daha sonra məktəbin özfəaliyyət dərnəyinin üzvlərinin ifasında səslənən aşıq havaları, xalq mahnı və rəqsləri şagirdlərin alqışları ilə qarşılandı.