Fənn olimpiadalarının məktəb turu keçirildi

Bakı Şəhəri Təhsil İdarəsininn göstərişinə uyğun olaraq 30 oktyabr 2021-ci il tarixdə məktəbdə VIII, IX, X, XI sinif şagirdləri arasında -Tarix, Riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, İnformatika, Kimya, Biologiya, Fizika, Coğrafiya fənləri üzrə fənn olimpiadası keçirildi. Fənn olimpiadalarının məktəb turunda müvafiq fənlər üzrə istedadlı şagirdlərin iştirakı təmin edildi. Şagirdlər müəyyən olunmuş zaman çərçivəsində onlara təqdim olunmuş açıq və qapalı tipli test suallarını cavablandırdılar.
Məktəb turunun qalibi olmuş şagirdlər şəhər turunda iştirak edəcəklər.