“Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirildi

Oktyabrın 18-də bütün siniflərdə 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirildi. Şagirdlərin qəbulu Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru, direktor müavinləri, tarix müəllimləri və sinif rəhbərləri şagirdlərin qəbulu zamanı şagirdləri və valideynləri “Müstəqilliyin Bərpası günü” münasibətilə təbrik etdilər. Məktəbin direktoru T.Əsədova, məktəbin tarix müəllimi Ş.Məmmədli 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, şərəfli yoldan söz açdılar. Sinif otaqlarında 7A sinfinin sinif rəhbəri S.Fətəliyeva, informatika müəllimi E.Xudaverdiyeva keçirdikləri qürur hissini şagirdlərlə bölüşdülər. Bu qələbəni bizə yaşadan şəhidlərimizə təşkilatçı müavin S.Əhmədova Allahdan rəhmət dilədi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini söylədi. Daha sonra şagirdlər ölkəmizin müstəqillik tarixindən, milli azadlıq mübarizəsindən danışdılar. 9A sinif şagirdi Banuçiçək, Nazənin, 7A sinif şagirdi Riad tarixi qələbəmizi tərənnüm edən şeirlərlə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi