Pedaqoji Şura keçirildi

    2021-2022-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq 15 sentyabr 2021-ci il tarixdə məktəbin Pedaqoji Şura iclası təmirlə bağlı müvəqqəti yerləşdiyi  283 nömrəli  məktəbin Akt zalında keçirildi. 
Pedaqoji Şura iclasında məktəbin direktoru Tərminə Əsədova, təlim - tərbiyə işləri üzrə direktor müavini Rauf Abdullayev, tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova, məktəbin psixoloqu Vəfa Şükürova və müəllimlər iştirak etdilər. 

   Məktəb Pedaqoji Şura iclası məktəbin direktoru Tərminə xanımın çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.

    İclasda ötən ilin nəticələri müzakirə edildi. Buraxılış imtahanlarının nəticələri, şagirdlərin qazandığı nailiyyətlər pedaqoji heyyətin nəzərinə çatdırıldı. Direktor və direktor müavinləri qarşıda duran məsələlərdən danışdı. Yeni sinif otaqlarının tədris prosessinə uyğunluğuna nəzarət, məktəbli kitabçaları və məktəbli formaları barədə valideynlərin məlumatlandırılması, şagirdlərin kitablarla tam təmin olunma vəziyyətinin öyrənilməsi, şagirdlərin şəxsi işlərinin yeni tədris ilinin tələblərinə uyğunlaşdırılması, dərs cədvəllərinin şagirdlərə təqdim edilməsi, sinif rəhbərlərinin tərbiyəvi iş planlarının tərtibi, metodbirləşmə sədr və üzvlərinin təyin edilməsi və s. kimi məsələlər barədə  rəhbərliyin və pedaqoji heyyətin çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi