"SON ZƏNG TƏDBİRİ" KEÇİRİLDİ

14 iyun 2021–ci il tarixində məktəbimizdə aparılan əsaslı təmirlə bağlı  “Son zəng” tədbiri virtual məktəb üzərindən onlayn keçirildi. Bu il 60 nəfər şagird məzun adını qazandı. "Son zəng" tədbirində məktəbimizin rəhbər işçiləri, pedaqoji kollektivi, valideyn və şagirdlərimiz iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova qonaqları salamladı və milli sərvətimiz olan Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında tədbiri açıq elan etdi.

Sonra tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Tərminə Əsədova 2020–2021–ci tədris ilində məktəbdə görülən işlərdən və qazanılmış uğurlardan danışdı. İl ərzində vəzifə funksiyalarını layiqincə yerinə yetirən, təşəbbüskar fəaliyyəti ilə seçilən kadrları Fəxri fərmanla təltif etdi. 

Tərbiyə işləri üzrə direktor müavini S. Əhmədova məktəb rəhbərinin təltif etdiyi il ərzində onlayn dərslərdə, layihə və yaradıcılıq müsabiqələrində fəal iştirak edən şagirdlərə diplom və sertifikatları təqdim etdi. Məzunları və valideynlərini "Son zəng" münasibəti ilə təbrik etdi.

Təlim-tərbiyə işləri üzrə direktor müavini R. Abdullayev müəllim-şagird-valideyn əməkdaşlığında səmərəli fəaliyyəti ilə seçilən valideynlərin təşəkkürnamələrini təqdim etdi, məzunlara təbriklərini söylədi.

11-ci siniflərin rəhbərləri və valideynləri məktəb kollektivinə təşəkkürünü bildirdi, məzunlara uğurlar arzuladı.

    Tədbirin sonunda məzunlar dövlət rəmzi olan bayrağımızı səhifədə paylaşaraq Ü.Hacıbəyovun “Koroğlu” uverturasının sədaları altında tədbiri yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi