Məktəb rəhbərliyi valideynlərlə onlayın görüş keçirdi

20.05.2021-ci il tarixində məktəb rəhbərliyinin valideynlərlə onlayın görüşü keçirildi. Görüşdə məktəb direktoru, direktor müavinləri, sinif rəhbərləri və V-XI sinif şagirdlərinin valideynləri iştirak etdilər.

Virtual məktəb platforması üzərindən təşkil edilən görüşdə Təhsil Nazirliyinin 19.05.2021-ci il  tarixli məktubuna əsasən “ Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydası müzakirə edildi.

Məktəb direktoru qiymətləndirmə qaydalarını valideynlərə şərh etdi, valideynlərin suallarını cavablandırdı.

 Görüşdə şagirdlərin onlayın dərslərə davamiyyəti, virtual məktəb platformasından istifadə qaydaları, sınaq qiymətləndirmələrin keçirilməsinin zəruriliyi barədə fikirlər dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi