Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi. Tədbirdə şagirdlər Ulu öndərin zəngin siyasi irsinə, şərəfli həyat və fəaliyyətinə həsr edilmiş videotəqdimatlarla çıxış etdilər.

Şagirdlər çıxışlarında Heydər Əliyevin gənclərin vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsi istiqamətində çağırışlarını səsləndirdilər.

11-ci sinif şagirdi Kavi İsgəndərli “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” " adlı videotəqdimatla çıxış etdi.

7-ci sinif şagirdi Zəhra Namazova ulu öndərin həyat yolu haqqında hazırladığı videotəqdimatı fəxarət hissi ilə həmyaşıdlarına təqdim etdi.

Tədbirdə iştirak edən şagirdlər H.Əliyevin xatirəsinə olan hörmət və ehtiramlarını ulu öndərə həsr edilmiş şeirlərlə ifadə etdilər.

8b sinfinin rəhbəri Lamiyyə Mahmudova çıxışında Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticələrini şagirdlərə şərh etdi.

Əslən Şuşa şəhərindən olan Pərvanə Bünyatova tədbirin sonunda

“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan 

yoxdur” şüarını səsləndirdi. Səsləndirdiyi şüarı belə izah etdi: "Heç kəsə sirr deyil ki, Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Mənfur düşmənlərimiz Şuşanın azad edilməsinin mümkün olmadığını düşünürdülər. Bəli, bu ağır əməliyyat tələb edirdi, tarixdən də bilirsiniz ki, Pənahəli xan bu şəhəri sıldırım qayalar üzərində saldırmışdır və təbii landşaft Şuşanı mühafizə edir. Ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri olan gənclərimiz Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan 

yoxdur dedi"

Tədbirdə fəal iştiraka görə təqdimatçılar dəyərləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi