"Vətənin Qəhrəman oğulları" müsabiqəsi yekunlaşdı

 “Vətənin qəhrəman oğulları” müsabiqəsi yekunlaşdırıldı,  müsabiqənin nəticələrinə həsr edilmiş onlayn görüş zamanı 126 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi Elmar Əbdülrəhimovun "Tərifnamə"yə layiq görüldüyü qeyd edildi. Digər şağirdlər də fəal iştiraka görə dəyərləndirildi.

Müsabiqənin yekununa dair məktəbdaxili onlayn görüş keçirildi.

Görüşdə məktəb rəhbərliyi, sinif rəhbərləri və müsabiqənin təşkilində məsul olan digər şəxslər, müsabiqənin iştirakçısı Elmar Əbdülrəhimov və valideynləri iştirak etdilər.

Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin ön planda olmasını qeyd edən məktəb direktoru T.Əsədova istedadlı gənclərin vaxtında aşkara çıxarılmasında və onların ictimaiyyətə tanıdılmasında rolu olan hər bir kəsə təşəkkürünü bildirdi.

Təlim-tərbiyə işləri üzrə direktor müavini R.Abdullayev şagirdimiz Elmar Əbdülrəhimovun şəhər müsabiqəsində "Tərifnamə"yə layiq görülməsini “Vətənin qəhrəman oğulları” müsabiqəsinin məktəbdaxilində üç dildə (Azərbaycan dili, Rus dili, İngilis dili) təşkil olunmasının uğurlu nəticəsi olduğunu, belə müsabiqələrin şagirdlərin yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək olduğunu qeyd etdi.

Tərbiyə işləri üzrə direktor müavini S. Əhmədova şagirdlərdə vətənpərvərlik hislərinin aşılanması istiqamətində aparılan işlərdə müsabiqələrin müsbət nəticələrindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi