Xocalı faciəsi anıldı

Fevralın 26-da ilk dərs saatları Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən hazırlanan məktəb tədbirlər planı üzrə əyani və onlayn dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edildi, Xocalı soyqırımı haqqında ətraflı məlumatlar dinlənildi.
Bütün siniflərdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Eyni zamanda onlayn tədris edilən təşkilat saatlarında da Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü haqqında söhbət aparıldı.
Təşkilat saatlarında şagirdlər Xocalının faciədən əvvəlki və sonrakı tarixi ilə bağlı videoçarxlar təqdim etdilər.
Daha sonra isə şagirdlər Xocalıya aid şeirlər səsləndirdilər. Şagirdlər Xocalı faciəsinə həsr etdikləri rəsm işlərini də nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi