Pedaqoji şura keçirildi

05.01.2021 tarixində növbəti pedaqoji şura keçirildi. Xüsusi karantin rejimi dövründə şura iclası virtual platforma üzərindən təşkil edildi. İclasda məktəb direktoru I yarımilin nəticələri barədə qısa məlumat verdi.

Summativ qiymətləndirmənin nəticələrinə dair tədris işləri üzrə direktor müavininin hesabatı dinlənildi. Hesabatlara əsasən hər sinifdə aparılacaq növbəti işlər müzakirə edildi. 

Tərbiyə işləri üzrə görülən işlər barədə isə təşkilatçı müavin hesabat verdi.

Təhsil Nazirliyinin 512 nömrəli əmrindən irəli gələn məktəbdənkənar fəaliyyətə dair reallaşdırılmış tədbirlərin hesabatı dinlənildi.

Təşkilat saatlarında görülən işlər, aparılan söhbətlər, təşkil edilən psixoloji görüşlərin təşkilinə dair sinif rəhbərlərinə tövsiyələr verildi.

Pedaqoji heyətlə gündəmdə olan məsələlər müzakirə edildi, qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi