Ümummilli lider Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" müdrik kəlamına həsr edilmiş təşkilat saatı keçirildi

28.12.2020-ci il tarixdə 5a sinfində artıq ənənəvi qaydaya çevrilmiş virtual məktəb platforması üzərindən təşkilat saatı keçirildi.Təşkilat saatını sinif rəhbəri Cəmilə Hətəmova təşkil etmişdi.Tədbirdə tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova iştirak edirdi.

Mövzu Ümummilli lider Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" müdrik kəlamına həsr edilmişdi.

Tədbirdə sinif rəhbəri C.Hətəmova çıxış edərək Ümummilli liderin keçdiyi həyat yolu haqqında məlumat verərək bildirdi ki, H.Əliyev hər zaman azərbaycanlı olması ilə fəxr edib. İstər vətəndə, istərsə də vətəndən uzaqda olduğu vaxtlarda da özünü vətənində, xalqı ilə bir yerdə hiss etmişdir. O, həmişə müstəqil Azərbaycanımızın qüvvətli ordusu, üçrəngli bayrağı ilə öyünüb fəxr etmişdir.

Bu gün həmin ordudur ki, cəmi 44 gün ərzində döyüşərək işğal olunmuş torpaqlarımızı düşmən əsarətindən xilas etdi, həmin bayraqdır ki, artıq Şuşamızda, Ağdamda, Zəngilanda, Kəlbəcərdə, Füzulidə, Laçında, Cəbrayıl və digər bölgələrdə dalğalanır.

Bu sevinci bizə yaşadan dahi liderin layiqli davamçısı İlham Heydər oğlu Əliyev və Azərbaycanın müzəffər ordusu oldu. Ordumuz bu qələbəni asanlıqla qazanmadı. İtkilərimiz də oldu, qazilərimiz də.. Bizə bu xoşbəxtliyi yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq.

Sinif rəhbərinin çıxışından sonra şagirdlərin hazırladıqları videotəqdimatlar, Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirildi. Çəkilmiş videoroliklərdə mövzu tam əhatə olunmuşdu. Şagirdlər Vətən müharibəsində qalibiyyətin qazanılmasında müstəsna rolu olan Ali Baş Komandanimiz İlham Əliyevin apardığı siyasətin və əsgərlərimizin güclü döyüş hazırlıqlarından bəhs etdilər.

Yekun söz olaraq məktəbin tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova çıxış etdi. O, 5a sinif şagirdlərinə bu əhatəli, geniş məzmunlu videoçarxları hazırladıqları üçün öz təşəkkürünü bildirdi, onların təqdimatlarını yüksək qiymətləndirdi, şagirdləri və bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi