“Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası” nın məktəb turu keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası” təşkil olunması haqqında 30.01.2020-ci il tarixli F-35 nömrəli əmr imzalanmışdır. Olimpiadanın ilk mərhələsinin 2020-ci ilin mart ayında keçirilməsi nəzərdə tutulmasına baxmayaraq mövcud COVİD-19 pandemiyası ilə əlaqədar təşkili mümkün olmamışdır. 2020-ci ilin dekabr ayında olimpiadanın mövcud qaydalar çərçivəsində onlayn şəkildə təşkili nəzərdə tutulmuşdur.
Olimpiadada Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin VI və VII sinif şagirdləri (hər iki bölmə) iştirak edəcəkdi.
Olimpiadanın məktəb mərhələsindən öncə 16.12.2020-ci il tarixində sınaq turu keçirildi. 126 nömrəli tam orta məktəbin 21 şagirdi olimpiadanın sınaq turunda iştirak etmişdir.
Məntiq Olimpiadasında iştirak edəcək şagirdləri müəyyənləşdirərkən şagirdlərin iştirak etmək arzusu nəzərə alınmışdır.
Məktəb turunda iştirak edəcək şagird sayına uyğun olaraq iki nəzarətçi təyin edilmişdir:
Həsənova Tarifə
Davudova Təranə
Hər 10 nəfərə 1 nəfər nəzarətçi müəllim müəyyənləşdirilmişdir.
Olimpiadada iştirak edəcək şagirdləri müəyyənləşdirərkən olimpiadanın onlayn keçiriləcəyini nəzərə alaraq şagirdlərin internetə çıxış imkanları və olimpiadaya qoşulacaq cihaz təminatının təmin edilməsi məqsədi ilə valideynlərlə söhbət aparılmışdır. Valideynlərə
övladlarının Olimpiadaya kompüter vasitəsilə qoşulmaları tövsiyə olunmuş, kameraların təşkili diqqətə çatdırılmışdır, qarşılıqlı fikir mübadiləsi əsasında müvafiq problemlər həll edilmişdir.
20.12.2020-ci il tarixində saat 12:00-da Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası” nın məktəb turu 20 şagirdin,iki nəzarətçi müəllimin, bir təşkilatçının iştirakı ilə təşkil edilmişdir.
Olimpiada müddətində iştirakçı şagirdlərin kameralarının fasiləsiz açıq saxlanılacağına xüsusi nəzarət edilməsinə nəzarətçilər tərəfindən əməl edilmiş və olimpiadanın gedişinin videoyazısı qeydə alınmışdır.