Azərbaycan Ordusunun Şanlı Qələbəsi barədə azərbaycan bölməsinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirildi

    Azərbaycan Respublikası Təhsil nazirinin 16.11.2020-ci il  tarixli F-512 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə tərtib edilmiş 2020-2021-ci tədris ili üçün nəzərdə tutulan məktəbin tədbirlər planında maarifləndirmə məqsədi ilə 05.12.2020-ci il tarixində tarix müəllimi Ş.Məmmədova videomühazirə keçirmişdir.

Mühazirənin məzmununu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan Dövlətini Şanlı Qələbəyə aparan xarici siyasəti əks etdirmişdir.

Videomühazirə məktəbin Azərbaycan bölməsinin 9c,10a,11a,11b,10b sinif şagirdləri ilə distant formada, Micrasoft Teams üzərindən  təşkil edilmişdir. Mühazirənin mətninin videoyazısı Virtual məktəb platformasında qeyd edilmişdir.

Məruzəçi fikrini  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xarici müxbirlərlə müsahibələrindən gətirilən nümünələrlə bitirmişdir.

Mühazirənin sonunda məktəbin direktoru T.Əsədova məruzəçi müəllimə təşəkkür etmiş, şagirdlərə isə tövsiyyələrini bildirmişdir.

Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi