Azərbaycan Dövlətini Şanlı Qələbəyə aparan daxili siyasət barədə 9-11-ci sinif şagirdlərinə mühazirə keçirildi

"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" məktəbin 2020-2021-ci tədris ili üçün nəzərdə tutulan tədbirlər planında fəaliyyətlər reallaşdırılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili siyasəti barədə ətraflı məlumatların verilməsi məqsədi ilə məktəbin tarix müəllimi P. Pənahov yuxarı sinif şagirdləri ilə videomühazirə təşkil etmişdir. 04.12.2020-ci il tarixində keçirilən mühazirədə məktəbin Azərbaycan bölməsinin 9c,10a,11a,11b,10b sinifləri distant formada Micerasoft Teams üzərindən tədbirə qoşulmuşlar. Tədbirdə məktəbin direktoru T.Əsədova, təlim-tərbiyə işləri üzrə direktor müavini R.Abdullayev, tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova və məktəbin digər tarix müəllimləri iştirak etmişdir. Məktəbin tarix müəllimi P.Pənahov mühazirənin sonunda ölkə başçısı İlham Əliyevin daxili siyasəti əks etdirən çıxışlarından ibarət videoçarxlar nümayiş etdirmişdi.