Əhmədiyyə Cəbrayılovun fəaliyyətinə həsr edilmiş onlayn təqdimat keçirildi

        Azərbaycan Respublikası Təhsil nazirinin 16 avqust 2020-ci il tarixli, F-435 nömrəli əmri əsasında Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq məktəbdə müxtəlif formatda tədbirlər təşkil edilmişdir.

İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi olan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun rəşadətli döyüş yolunu əks etdirən onlayn təqdimatlar dinlənildi. Ötən tədbirdə məktəbin tarix müəllimi P.Pənahovun söylədiyi məruzəni dinləyən şagirdləri tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova araşdırmalara cəlb etmişdir. Araşdırmalara cəlb edilən şagirdlərin hazırladığı təqdimatlar 06.12.2020- ci il tarixində dinlənildi.

Mövzu üzrə araşdırmalara cəlb olunan şagirdlər Əhmədiyyə Cəbrayılovun könüllü surətdə cəbhəyə yollanması, daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etməsi, həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri haqqında onlayn təqdimatlar etdi.

Təqdimatlarda şagirdlər vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə ucalan, Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Ə.Cəbrayılovun oğlu Mikayıl Cəbrayılovun şücaətini əks etdirən videotəqdimatları da nümayış etdirdilər. 

Məktəbin tarix müəllimi Ş.Məmmədova Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənilimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsinin əbədiləşdirildiyini qeyd etdi.

Sinif rəhbəri G.Əhmədova şagirdlərin araşdırmalarının fakt və hadisələrə əsaslandığını, sərbəst fikir mübadilələrini yüksək qiymətləndirdi. 

Tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova belə təqdimatların şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximiz haqqında biliklərini  möhkəmləndirmək, şagirdləri baş verən ictimai-siyasi prosesləri daha dərindən öyrənməyə həvəsləndirmək, onların ədəbi-bədii təfəkkürünün düzgün formalaşmasında, habelə xüsusi istedada malik uşaqların üzə çıxarılmasında əhəmiyyətini vurğuladı.

Təlim- tərbiyə işləri üzrə direktor müavini R.Abdullayev torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusunun mətin əsgərinin fədakarlıq, hünər və cəsarətin bariz nümunəsi olduğunu söylədi.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun həyat və fəaliyyətini layiqincə araşdıran şagirdlərə və tədbirin təşkilatçılarına məktəb direktoru T.Əsədova təşəkkürünü bildirdi və hər kəsə uğurlar arzuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi