İMƏCİLİK KEÇİRİLMİŞDİR

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə məktəbdə iməcilik keçirilmişdir. Ümummilli liderin xatirəsinə həsr olunmuş tədbir yaşıllaşdırma , səliqə,-sahman yaradılması ilə başa çatmışdır. Məktəbin şagirdləri ağaclara qulluq etmiş, ulu öndərin 93-cü ildönümü münasibətilə 93 ədəd qızılgül kolu basdırmışlar. Məktəbin yaşıllıq sahəsində aparılan abadlıq işləri bayram təntənəsinə çevrilmişdir. Tədbirin sonunda məktəbin direktoru Şəmsi Qocayev şagirdlərə gördükləri işin müqabilində təşəkkür etmiş, ulu öndərin yaşıllığa və təmizliyə verdiyi qiymətdən danışmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi