Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi qeyd edildi

    2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam oldu.

    Yubleyin qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil nazirinin 16 avqust 2020-ci il tarixli əmri  rəhbər tutularaq  07.10.2020-ci il tarixində  Bakı Şəhəri üzrə Təhsil İdarəsi F-192 nömrəli  əmr imzalanmış və bu  əmr əsasında məktəbdə  icrası nəzərdə tutulan tədbirlər planı təsdiq edilmişdir..

    Məktəbin tədbirlər planında Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi ilə bağlı  nəzərdə tutulmuş tədbirlər silsilə xaraktetli onlayn şəkildə təşkil edilmişdir.

    Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. Əfsanəvi partizanın döyüş yolu haqqında 02 dekabr 2020-ci il tarixində məktəbin tarix müəllimi Pünhan Pənahov virtual məktəb platforması üzərindən şagirdlərə mühazirələr söyləmişdir.
Virtual məktəb platforması üzərindən təşkil edilən mühazırədə məktəb rəhbərliyi, tarix müəllimləri və  məktəbin 7- 8-ci sinif şagirdləri iştirak etmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi