17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı Microsoft Teams proqramı üzərindən onlayn tədbir təşkil olundu

Tədbirdə şagirdlər Azərbaycan Respubilikasının Dövlət Himnini canlı ifa etdilər.

Məktəb direktoru Tərminə Əsədova çıxış edərək tədbir iştirakçılarını Milli Dirçəliş Günü ilə bağlı təbrik etdi. Direktor Azərbaycan Respublikasının bayramlar haqqında Azərbaycan Respublikasının qanununda əks edilməsini xüsusi vurğuladı. Tədbir zamanı şagirdlərin fərdi mülahizələrini dinləmək üçün T.Əsədova müxtəlif suallarla şagirdlərə müraciət etdi.

Məktəbin tarix müəllimi Ş.Məmmədova Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı haqqında olan tarixi faktları şagirdlərlə bölüşdü.

Ş.Məmmədova 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqlərinin başlanması, Azərbaycanda bu hadisələrin milli-azadlıq hərəkatı kimi qiymətləndirilməsi məsələləri barədə şagirdlərin suallarını cavablandırdı.

            Təlim-tərbiyə işləri üzrə direktor müavini R.Abdullayev həmin dövrdəki hakimiyyətdə aparılan siyasətlə müasir dövr dövlətçiliyinin siyasət istiqamətlərini ətraflı şəkildə şagirdlərə izah etdi.

Tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova çıxışında 1988-ci il noyabr ayının 17-dən Ermənilərin ölkəmizə qarşı torpaq iddialarına, erməni separatizminə, terroruna qarşı başlanmış kütləvi xalq hərəkatının nəticəsi bu günlərdə yaşadığımız qələbəmiz olduğunu söylədi.

Azərbaycan xalqı Məhz Ulu öndər Heydər Əliyevin böyük təcrübəsi və iradəsi ilə müstəqilliyə qovuşdu. Müstəqilliyi isə qoruyub saxlamaq, Ali Baş Komandanımız İ.Əliyevin başçılığı ilə müasir dövr gənclərinə həvalə edildi. Bu gün şəhidlərimizin qanı ilə suvarılan, qazilərimizin ağrı-acıları bahasına torpaqlarımızın işğaldan azad edilməsi bizim bir xalq olaraq səfərbərliyimizin, həmrəyliyimizin, vətənpərvərliyimizin, dönməzliyimizin ifadəsidir.

Biologiya müəllimi R.Məsimova da çıxışında xalqımızın azadlıq və demokratik hərəkatının  şərəfli mübarizə yolundan  söhbət açdı.

Şagirdlər hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi haqqında bildiklərini həmyaşıdları ilə bölüşdülər.

             Sonda şagirdlərin hazırladığı Milli Dirçəliş Günü və eləcə də azadlıq uğrunda xalqın mübarizəsini əks etdirən vidio çarx nümayiş etdirildi.

Bu gün ölkəmiz Azərbaycan Respubilikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək, dünya miqyasında söz sahibi olan dövlətə çevrilmişdir. 

Qarabağ Azərbaycandır!

https://www.youtube.com/watch?v=3bLYqL4EEYA&feature=youtu.be

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi