Sinif rəhbərlərinin seminarı keçirildi

Tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova yeni tədris ilində tərbiyə işləri üzrə fəaliyyətin pandemiya şəraitinə uyğun planlaşdırılması, strategiyaların müəyyənləşdirilməsi məqsədi ilə Sinif rəhbərlərinin seminarını təşkil etdi. Məktəbin direktoru T.Əsədova seminarda səsləndirilən "Bilik günü"nə həsr edilmiş onlayn tədbirlərin (Join Microsoft Teams Meeting) virtual məktəb platforması üzərindən təşkilini dəstəklədi.