Virtual məktəb layihəsində məktəbin müəllim və şagird kontingenti fəaliyyətə başladı

Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədi ilə təqdim etdiyi Virtual məktəb layihəsində məktəbin müəllim və şagird kontingenti (virtual.edu.az) qeydiyyatdan keçmişdir. Şagirdlərə Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş teledərslərə baxmaq, mövzulara uyğun hazırlanmış tapşırıqları yerinə yetirmək kimi tapşırıqlar verilmişdir. Məktəbin direktoru Tərminə Əsədova müəllim kollektivi ilə online görüş keçirmiş, görülən işləri müzakirə edərək növbəti fəaliyyətlərin reallışdırılması yolları barədə tövsiyələr vermişdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini Rauf Abdullayev Virtual Məktəb layihəsində dərslərin tədrisi üçün dərs cədvəlini təqdim etmişdir. Tədris işləri üzrə direktor müavini buraxılış sinifləri barədə də həmin sinifdə dərs keçən müəllimlərlə növbəti strategiyalarla bağlı söhbət apardı. Tərbiyə işləri üzrə direktor müavini Səidə Əhmədova Microsoft Teams platformasının geniş imkanlarından danışmış, tədris zamanı təhsil üçün faydalı tətbiqləri müəllim kollektivi ilə bölüşmüşdür. Bu proqramın icrası zamanı sinif rəhbərlərinə müxtəlif təkliflər vermişdir. Təşkilatçı müavin sinif rəhbərlərinə və yaradıcılıq tələb edən fənn müəllimlərinə və dərnək rəhbərlərinə ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqənin keçirilməsi barədə məlumat verərək müsabiqəyə şagirdlərin cəlb olunmasının vacibliyini qeyd etdi. "Evdə qal, istedadını kəşf et!" təşəbbüsü ilə şagirdləri aksiyaya dəvət edən təşkilatçı müavin virusla mübarizənin pozitiv ruhda aparılması məqsədi ilə şagirdlərin hazırladıqları yaradıcılığa həsr olunmuş videolarının məktəbin YouTube kanalında daha keyfiyyətli çəkilməsi və yerləşdirilməsi ilə bağlı sinif rəhbərlərinin şagirdlərə online qaydada müvafiq göstərişlər vermələrini tapşırdı.

Virtual Məktəb platformasının tətbiqi məsələləri üzrə koordinator Şirincan Məmmədova platformanın mobil və kompyuter tətbiqi haqqında müəllimlərə izahat vermiş dərslərin tədrisi zamanı müəllimlərə test tapşırıqlarının nəticələri, düz və səhv cavabların testin sonunda hər bir iştirakçıya tətbiq olunması və s kimi məsələlər barədə müəllimlərin suallarını cavablandırdı. Sonda hər bir fənn müəllimi və sinif rəhbəri online fəaliyyəti barədə hesabatlarını rəhbərliyə təqdim etdilər.