Bütün siniflərin təşkilat saatları 20 Yanvar faciəsinin ildönümünə həsr edildi

Yanvarın 16-da məktəbdə bütün siniflərin təşkilat saatlarında Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib. Məktəb rəhbərliyi, müəllim və şagirdlər anım tədbirlərində şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Məktəbin direktoru Tərminə Əsədova təşkilat saatlarında 20 Yanvar hadisəsi haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib. Hər sinifdə sinif rəhbərləri faciə ilə bağlı şagirdlərə müxtəlif suallar verib faktlara əsaslanan cavabları müzakirə ediblər.