İngilis dili fənnindən nümunəvi dərs dinlənildi

Dil-yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Elə bu baxımdan da məktəbdə keçirilən "İngilis dili" aylığı mühüm əhəmiyyət daşıyır. Aşağı siniflərdən şagirdlərdə bu fənnə maraq yaratmaq hər bir ingilis dili müəlliminin üzərinə məsuliyyət qoyur. Aylıq çərçivəsində 10 yanvar 2020 -ci il tarixində 5-ci sinifdə Fətəliyeva Səidə Kamal qızı "The weather forecast" mövzusunda nümunəvi dərs keçdı. Dinlənilən dərs müzakirə edildi.