“Fənn aylıqları” layihəsi çərçivəsində keçirilən “İngilis dili aylığı”na start verildi.

Məktəbdə metodbirləşmənin “Fənn aylıqları” layihəsi çərçivəsində keçirilən “İngilis dili aylığı”na start verildi. Məktəbin direktoru Tərminə Əsədova məlumat verərək bildirdi ki, aylıq çərçivəsində fənn müəllimlərinin fəaliyyəti dəyərləndiriləcək.
Məktəb üzrə ingilis dili fənninin tədrisi ilə 10 nəfər müəllim məşğul olur.
Plan üzrə hər bir müəllimin bir neçə dərsinin dinlənilib təhlil edilməsi planlaşdırılmışdır.
Bu sahədə müxtəlif formatlı fəaliyyətlərin reallaşdırılması məqsədi ilə “Ən yaxşı referat”, “Ən yaxşı qəzet”, “Mənim düşüncələrim” adlı rəsm və s. kimi müsabiqələrin də keçirilməsi nəzərdə tutulub.
İngilis dilinin tədrisi zamanı şagirdlərin ümumi dünyagörüşünün inkişafında, onların dil bacarıqları üzrə yaradıcı qabiliyyətlərinin üzə çıxarılmasında müxtəlif formatlarda müsabiqələrin keçirilməsi mühüm rol oynayır.
“İngilis dili aylığı” 09.01.2020-ci il tarixində 8a sinfində İlhamə Əliyevanın “The best for the animals” mövzusunda tədris etdiyi nümünəvi dərslə başlandı.