"Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı tədbir keçirildi

    29 dekabr 2019 – ci il tarixində məktəbimizdə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı tədbir keçirildi. Tədbirdə məktəb üzrə keçirilənmüsabiqə vəv yarışların qalibləri rəğbətləndirildi. Məktəb rəhbərliyi, müəllimlər və valideynlər Ümumdünya həmrəlik günü haqqında fikirlər söylədi və tədbir iştirakçılarını bu gün münasibəti ilə təbril etdilər. Dekabr ayının son həftəsində bütün siniflər üzrə həmrəylik  gününə və yeni təqvim ilinin gəlişinə həsr edilmiş slaydlar, videoçarxlar, şeir və səhnəciklər  bütün siniflərdə nümayiş etdirildi.

    Keçirilən tədbirlərin sonunda məktəbin direktoru Tərminə Əsədova tədbir iştirakçılarını “31 Dekabr-Dünya Azərbaycanlıların Həmrəylik Günü” münasibəti ilə təbrik edərək müəllimlərə, valideynlərə və şagirdlərə xoş arzularını bildirdi.    

        31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş məktəbdaxili müxtəlif adlı "Mənim doğma diyarım", "Gənc şahmatçılar", "Narkotiklərə yox deyək", "Dünya azərbaycanlıları mənim düşüncəmdə", "İ. Nəsimi- 650" müsabiqələrdə qalib olmuş şagirdlər məktəb direktoru T. Əsədova tərəfindən diplom və sertifikatlarla rəğbətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi