“Valideynin məktəbdə bir günü” layihəsi tətbiq edildi

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin edilməsi, infrastruktur və tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədi ilə məktəbimizdə valideynlərin məktəb həyatı ilə tanışlığı ikinci yarımildə də təşkil edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi “Valideynin məktəbdə bir günü” layıhəsinin proqramı əsasında 19 dekabrda 2019-cu ildə reallaşdırılmışdır. Tədbirin tətbiqi zamanı 09:00-09:30-dək tədbirin rəsmi açılışı, 09:30-10:15-dək məktəbin infrastrukturu, maddi-texniki bazası ilə tanışlıq, 10:35-11:20-dək tədris olunan dərslərdən 2 fənn üzrə dərs müşahidələri, 11:00-12:00-dək Valideynlərin təklif və tövsiyələrinin dinlənilməsi, məktəb kollektivinin valıdeynlərlə marifləndirici xarakter daşıyan söhbətlərinə əsaslanan seminar, 12:00-13:00-dək isə istedadı ilə fərqlənən şagirdlərin təşkil etdiyi kompozisiyalardan ibarət bədii hissə təşkil edlmişdir.