ŞAİRLƏRLƏ GÖRÜŞ MARAQLI VƏ YADDAQALAN OLMUŞDUR

Bu günlərdə 126 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinin icrası istiqamətində tədbir keçirilmişdir. Müəllim və şagirdlərin dəvətini qəbul edərək onların görüşünə gələn Azərbaycan Yazıçılar Birliyinin üzvləri-“Ədəbiyyat” qəzetinin şöbə müdiri şair Sərvaz Hüseynoğlu və AYB sədrinin köməkçisi, “Kaspi” qəzetinin əməkdaşı Dayandur Sevgini şagirdlər onların əsərlərindən parçalar söyləməklə qarşılamış, Vətənə, anaya, doğma dilimizə həsr olunmuş poeziya nümunələri təqdim edilmişdir..Məktəbin direktoru, şair-publisist Şəmsi Qoca tədbiri giriş sözü ilə açaraq hər iki yazarın həyat və fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra söz qonaqlara verilmişdir. Şair Dayandur Sevgin və Sərvaz Hüseynoğlu bir-birindən maraqlı şieir nümunələri təqdim etmiş, mütaliənin onların həyatında oynadıqları roldan ətraflı söhbət açmışlar. Sonda hər iki şair öz əsərlərini məktəbin kitabxanasına hədiyyə etmişdir.