Fəxrimiz! Sevincimiz!

Hər bir məktəb öz istedadlı kollektivi,yüksək bilik və savada malik məzunları ilə tanınır.Bizim Ə.Əliyev adına 125 №-li məktəb də belə sayılıb seçilən təhsil ocaqlarından biridir.Başa vurduğumuz dərs ilinin yekunları bütün məktəb üçün əlamətdar olmuşdur.Məktəbin 20-dən artıq məzunu tələbə adını qazanmışdır.Bu böyük uğurun zirvəsində isə hamımızın fəxri olan Məmmədova Əsmətxanım Məmməd qızı durur.Böyük təhsil uğurlarına görə qızıl medala layiq görülmüş,məktəbin tarixinə şanlı bir səhifə yazmış Əsmətxanım 637 balla BDU-nun tələbəsi adını qazanmışdır.Əsmətxanım bu istəkli məzunumuza biz gələcək tələbəlik həyatında böyük nailiyyətlər arzulayir və inanırıq ki, həmişəki kimi tələbələr arasında birinci olub uğurların zirvəsinə doğru addımlayacaqdır.Xüsusilə qeyd etməliyik ki,Əsmətxanım Xəzər rayonu üzrə yeganə qızıl medal alan şagirddir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi