Rəngdən dada,əldən könülə

26 May 2025-ci il tarixində Xəzər rayonu üzrə fəaliyyət göstərən Peşə Təmayüllü Siniflərin 28 May Müstəqillik Gününə həsr olunmuş tədbiri keçirildi. Tədbir zamanı peşə siniflərinin sərgi-satış yarmarkası təşkil edildi. Yarmarkada H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin 10P və 11P sinif şagirdləri də iştirak etdilər. Praktik dərslər zamanı öyrəndikləri və hazırladıqları əl işləri gələn qonaqlar tərəfindən maraqla qarşılandı. Peşə təhsili istiqamətində aparılan islahatlar, gənclərimizin peşə təhsilinə yönləndirilməsində bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar. Sonda xatirə şəkilləri çəkildi.