HAQQIMIZDA

        Məktəb 1894-cü il sentyabr ayının 27-də Bakının Mərdəkan qəsəbəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilib başa çatmışdır. Əvvəlcə məktəb imkanı zəif olan şagirdlər üçün iki sinifli bağçılıq məktəbi kimi fəaliyyətə başlamışdır. Burada təhsil alan oğlan uşaqları bağçılıq sənətinin müxtəlif sirlərinə yiyələnirdilər. 1918-ci ildə erməni işğalçılarının Bakıda və onun ətraf kəndlərində törətdikləri vəhşiliklər zamanı məktəb azərbaycanlı döyüşçülərin qərargahına çevrilir. 1920-ci ildə Azərbaycanda Sovet höküməti qurulduqdan sonra 1941-ci ilə kimi məktəb dörd illik ibtidai məktəb kimi fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə məktəbin binasında hərbi hospital fəaliyyət göstərmişdir. İkinci Dünya müharibəsindən sonra məktəb səkkizillik məktəbə çevrilmiş, 1978-ci ildən etibarən isə onillik orta məktəb kimi fəaliyyətə başlamışdır. Hazırda məktəb onbirillik orta məktəb kimi fəaliyyət göstərir. Məhşur yazıçı Qılman İlkin, akademik Fuad və Feyzulla Qasımzadələr, Azərbaycanın bir sıra digər görkəmli elm, incəsənət və mədəniyyət xadimləri bu məktəbin yetirmələri olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi