Kiçik Akademiya

Şanlı qələbəmizin başlanğıcıVətən torpağının azadlığı uğrunda,Aprel döyüşlərində canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR-i Ş.Orucova, kitabxanaçısı N.Süleymanova və pisxoloqu A.Əsgərova IX siniflər arasında "Breyn-rinq" yarışması təşkil etdilər.Şagirdlər verilən suallara tam dolğun cavab verdilər,bilmədiklərini öyrəndilər,bildiklərini daha da möhkəmləndirdilər.Böyük həvəs və coşqu ilə baş tutan yarışmada 166 balla IX b sinfi,156 balla IX a sinfi,113 balla IX d sinfi qalib olub,diplomla təltif olundular.

Ətraflı

Uşaqların sevimlisi Zahid Xəlil.Azərbaycanın milli uşaq poeziyasının inkişafında sadə ədəbi dili yaşadan,uşaq dünyasını əsl sənətkar kimi hiss edib,əsərləri ilə kiçik oxucularının ürəyinə yol tapıb onların sevimlisinə çevrilən,Azərbaycan uşaq ədəbiyyatının təbliğatçısı kimi dərin hörmət qazanan görkəmli Azərbaycan yazıçısı,şair,pedaqoq,nasir,filologiya elmlər doktoru,professor,uşaqların yaxın dostu Zahid Xəlil,21 Fevral Beynəlxalq Ana dili günündə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin şagirdlərinin qonağı oldu. Azərbaycan dili dərsliklərində bir çox hekayə və şeirlərin müəllifi kimi tanıdıqları,mütaliə etdikləri, əsərlərindən heyran olduqları şairi,uşaq ədəbiyyatının canlı əfsanəsi Zahid Xəlili yaxından görmək,tanımaq,həmsöhbət olmaq şagirdlərdə böyük təəssürat yaratdı. Zahid Xəlil uşaq psixologiyasını yaxından bilən yazıçılarımızdandır.Uşaqlar onun şeirlərini,hekayələrini tez qavrayırlar.Onu oxucularımıza sevdirən məhz yazıçının bu xüsusiyyətidir.Şagirdlər şairin hekayələrini məharətlə səhnələşdirərək və şeirlərini səsləndirərək ona olan sevgilərini yüksək səviyyədə ifadə etməyə çalışdılar. Dahi yazarın Ana dili günü,doğma dilimizin qədim tarixi,inkişaf yolu barəsində çıxışı, həmçinin görüş haqqında olan təəssüratları,şagirdlərə verdiyi tövsiyə və məsləhətləri, onlara ünvanladığı ürək sözləri yaddaqalan oldu. Sonda şagirdlər onları maraqlandıran sualları sevimli şairə ünvanlayaraq cavabları maraqla dinlədilər. Əminik ki, bu əlamətdar gündə şagirdlərimizin ana dilinə olan şeir və hekayələrin müəllifi - Zahid Xəlillə görüş xoş xatirələrlə daima yaddaşlarda qalacaq.

Ətraflı

"Nəğmələrdə yaşayan şair ömrü"Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında,həmin məktəbin dil və ədəbiyyat müəllimi Q.Tamirə və kitabxanaçı S.Nigarın təşəbbüsü ilə görkəmli şair dramaturq,tərcüməçi İ.Səfərlinin 100 illik yubleyinə həsr olunmuş dəyirmi masa keçirildi. "Dəyirmi masa"ətrafında toplanan VI b və VII e sinif şagirdləri həqiqətpərəstliyi və sadəliyi ilə seçilən bu sənətkarın rəngarəng yaradıcılığından şeirlər səsləndirdilər,şeirlərinə bəstələnmiş mahnıları dinlədilər. Tədbirin sonunda qeyd olundu ki,hər bir sənətkar öz yaradıcılığı ilə özünə abidə qoyur.Belə abidələrdən biri də İ.Səfərli abidəsidir ki,onun parlaq obrazı qəlbimizdə və nəğmələrinizdə daim yaşayacaq.

Ətraflı

Kiçik akademiya bayrağının təqdimatı123 saylı tam orta məktəbin direktoru Sevinc Mustafayeva məktəbin "Kiçik Akademiya" sının bayrağını təqdim etdi və şagirdlərə hər zaman elmsahəsində ən yüksək zirvələrə ucalmağı arzuladı. "Kiçik Akademiya" nın Prezidenti məktəbin coğrafiya müəllimi Zərifə Əzimova bayraq haqqında fikirlərini bildirdi və tez bir zamanda bu bayrağın məktəbimizin uğur simvoluna çevriləcəyinə söz verdi.

Ətraflı
HAQQIMIZDA

        Məktəb 1894-cü il sentyabr ayının 27-də Bakının Mərdəkan qəsəbəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilib başa çatmışd...

BİZİM FƏXRLƏRİMİZ

İbrahimova Zübeydə Zakir

Babazadə Zərifə Ruslan

HAQQIMIZDA

        Məktəb 1894-cü il sentyabr ayının 27-də Bakının Mərdəkan qəsəbəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilib başa çatmışd...

BİZİM FƏXRLƏRİMİZ

İbrahimova Zübeydə Zakir

Babazadə Zərifə Ruslan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi