"Nəğmələrdə yaşayan şair ömrü"

Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında,həmin məktəbin dil və ədəbiyyat müəllimi Q.Tamirə və kitabxanaçı S.Nigarın təşəbbüsü ilə görkəmli şair dramaturq,tərcüməçi İ.Səfərlinin 100 illik yubleyinə həsr olunmuş dəyirmi masa keçirildi. "Dəyirmi masa"ətrafında toplanan VI b və VII e sinif şagirdləri həqiqətpərəstliyi və sadəliyi ilə seçilən bu sənətkarın rəngarəng yaradıcılığından şeirlər səsləndirdilər,şeirlərinə bəstələnmiş mahnıları dinlədilər. Tədbirin sonunda qeyd olundu ki,hər bir sənətkar öz yaradıcılığı ilə özünə abidə qoyur.Belə abidələrdən biri də İ.Səfərli abidəsidir ki,onun parlaq obrazı qəlbimizdə və nəğmələrinizdə daim yaşayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi