Uşaqların sevimlisi Zahid Xəlil.

Azərbaycanın milli uşaq poeziyasının inkişafında sadə ədəbi dili yaşadan,uşaq dünyasını əsl sənətkar kimi hiss edib,əsərləri ilə kiçik oxucularının ürəyinə yol tapıb onların sevimlisinə çevrilən,Azərbaycan uşaq ədəbiyyatının təbliğatçısı kimi dərin hörmət qazanan görkəmli Azərbaycan yazıçısı,şair,pedaqoq,nasir,filologiya elmlər doktoru,professor,uşaqların yaxın dostu Zahid Xəlil,21 Fevral Beynəlxalq Ana dili günündə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin şagirdlərinin qonağı oldu. Azərbaycan dili dərsliklərində bir çox hekayə və şeirlərin müəllifi kimi tanıdıqları,mütaliə etdikləri, əsərlərindən heyran olduqları şairi,uşaq ədəbiyyatının canlı əfsanəsi Zahid Xəlili yaxından görmək,tanımaq,həmsöhbət olmaq şagirdlərdə böyük təəssürat yaratdı. Zahid Xəlil uşaq psixologiyasını yaxından bilən yazıçılarımızdandır.Uşaqlar onun şeirlərini,hekayələrini tez qavrayırlar.Onu oxucularımıza sevdirən məhz yazıçının bu xüsusiyyətidir.Şagirdlər şairin hekayələrini məharətlə səhnələşdirərək və şeirlərini səsləndirərək ona olan sevgilərini yüksək səviyyədə ifadə etməyə çalışdılar. Dahi yazarın Ana dili günü,doğma dilimizin qədim tarixi,inkişaf yolu barəsində çıxışı, həmçinin görüş haqqında olan təəssüratları,şagirdlərə verdiyi tövsiyə və məsləhətləri, onlara ünvanladığı ürək sözləri yaddaqalan oldu. Sonda şagirdlər onları maraqlandıran sualları sevimli şairə ünvanlayaraq cavabları maraqla dinlədilər. Əminik ki, bu əlamətdar gündə şagirdlərimizin ana dilinə olan şeir və hekayələrin müəllifi - Zahid Xəlillə görüş xoş xatirələrlə daima yaddaşlarda qalacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi