Müstəqil Azərbaycanımızı qorumağa hazırıq

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Bu əlamətdar gün ilə əlaqədar olaraq 27.05.2025-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə hərbi və idman fənləri üzrə bilik və bacarıqlara əsaslanaraq 10a,b,p sinifləri arasında hərbi vətənpərvərlik ruhunda tədbir təşkil olundu. Bu günün şagirdi, gələcəkdə müstəqil Azərbaycanımızı qoruyan, onun quruculuq işlərində fəal iştirak edən xalqını sevən, vətənini sevən gənclər yarışda qarşıya qoyulan məqsədə nail oldular. Onlar 10 mərhələdən ibarət yarışın mərhələlərini böyük əzmkarlıqla bir-bir keçərək, hərbi və fiziki hazırlıqlarını nümayiş etdirdilər. Yarış çox gərgin və maraqlı keçdi. Nəticələr elan edildi. Münsiflər heyəti yekdilliklə qərara gəldilər. 10a sinif şagirdləri I yerə, 10b sinif şagirdləri II yerə, 10p sinif şagirdləri isə III yerə layiq görülsələr də ballar arasında çox cüzi fərq oldu. Bu isə bütün komandaların hərbi biliklərə hərtərəfli yiyələnərək, fiziki sağlamlıqları haqqında düşünüb, vətənimizin müdafiəsinin sağlam, vətənpərvər ruhda böyüyən gənclərin əllərində olduğuna əmin olmağımıza imkan verdi. Komandalar kubok və fəxri fərmanlarla təltif edildilər. Sonda xatirə şəkilləri çəkildi.